Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yaşayış minimumu və ehtiyac meyarı təsdiqləndi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunub.

BAKI, 16 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib.

Sputnik Azərbaycan xəbər verir ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunub.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.

Qanunlar 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti
0