CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalanının problemi həll olunur – Prezident sərəncam verdi

© Sputnik / Irade JELILXırdalanda bərbad yollar
Xırdalanda bərbad yollar - Sputnik Azərbaycan
Abunə olmaq
Xırdalan şəhərində küçələrin əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb

BAKI, 16 dekabr — Sputnik. Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncamla Xırdalan şəhərində ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.

Xəbər lenti
0