Vaşinqton və Ankara arasında gərginlik, məsələyə Pentaqon da qarışdı

© AP Photo / Charles DharapakЗдание Пентагона в Вашингтоне
Здание Пентагона в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
"İncirlik bazasının (ABŞ üçün) bağlanması haqqında qərar bizə aiddir. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kürəciyi bağlayacağıq"

BAKI, 16 dekabr — Sputnik. Birləşmiş Ştatlar Türkiyə hərbi bazalarını yalnız Ankaranın icazəsi ilə işlədir. Sputnik Azərbaycan "RİA Novosti"yə istindən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "İncirlik bazasını amerikanların üzünə bağlaya bilərik" bəyanatına münasibət bildirərkən qeyd edib.

Российская зенитная ракетная система С-400 - Sputnik Azərbaycan
"S-400"ləri anbarda toz basması üçün almamışıq – Çavuşoğlu

Qurum nümayəndəsi həmçinin bildirib ki, ABŞ-ın Türkiyədəki qüvvələrini strateji tərəfdaşın, NATO üzrə müttəfiqin özünümüdafiəsinə göstərilən kömək barədə onilliklər boyu davam edən öhdəliklərinin simvolu kimi dəyərləndirir.

O əlavə edib ki, Vaşinqton "S-400", Suriya və s. aspektlərdə fikir ayrılığının olduğu məsələlərdə Türkiyə ilə daha konstruktiv dialoq aparmağa səy göstərir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV-lərə müsahibəsində Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya biləcəyini bildirib.

O vurğulayıb ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etsə, Türkiyə bu hərbi bazanı Birləşmiş Ştatların üzünə bağlayacaq: "İncirlik bazasının (ABŞ üçün) bağlanması haqqında qərar bizə aiddir. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kürəciyi bağlayacağıq".

Türkiyə-NATO münasibətlərində yeni qalmaqal: Bu dəfə məsələ "S-400" deyil>>

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.

Xəbər lenti
0