BAKI, 16 dekabr — Sputnik. Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verməsi barədə Təcili Yardım briqadasına bu gün 10:14-də məlumat daxil olub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 3 Təcili Yardım briqadası hadisə yerinə ünvanlanıb. 50 yaşlı qadın müəllim sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.
Uşaq bağçasında partlayış olub, xəsarət alan var
12:16 16.12.2019 (Yenilənib: 22:40 16.11.2021)
© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
© Sputnik / Rahim Muradov
Abunə olmaq
50 yaşlı qadın müəllim sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb