CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra hakimiyyətinin şöbə müdiri intihar etdi

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polis və prokurorluq orqanlarının, eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib

BAKI, 16 dekabr — Sputnik. Bakıda 44 yaşlı kişi intihar edib.

Nərimanov rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatına görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının, eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, intihar edən şəxs Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xəbər lenti
0