Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir ailə zəhərləndi: bu dəfə hazır şorbadan

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidSup
Sup - Sputnik Azərbaycan
Abunə olmaq
Qusar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, ötən gecə zəhərlənmədən çoxlu sayda xəstə gətirilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. Qusarda daha bir ailə qidadan zəhərlənib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Qusar rayon sakinləri marketlərdə satılan hazır şorbadan yeyərək zəhərləniblər.

Türkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Qızlar yataqxanasında kütləvi zəhərlənmə - Yüzdən çox tələbə xəstəxanalıq oldu

Rayon sakinləri - 1972-ci il təvəllüdlü Zaryat Mövlanova, onun 12 yaşlı oğlu Zamir Mövlanov və 54 yaşlı Xəyalə Nurəliyeva Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, ötən gecə zəhərlənmədən çoxlu sayda xəstə gətirilib.

Eyni zamanda ötən gecə qazdan zəhərlənmə hadisəsi də baş verib. Yeni Həyat kənd sakini, 1988-ci il təvəllüdlü Arzu Ağabala qızı Balabəyova həkimlərin müayinəsindən sonra evə buraxılıb.

Bu gün Sputnik Azərbaycan Qusar rayonunun Qalacıq kəndində bir ailənin zəhərlənməsi barədə məlumat verib. Ailənin 8 üzvü qutabdan zəhərlənərək Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə axşam saatlarında olub. 56 yaşlı Ağaəfəndi Əliəfəndi oğlu, 30 yaşlı Aygün Fikrət qızı, 8 yaşlı Məmmədəli Kamran oğlu, 5 yaşlı Seyidəli Kamran oğlu, 2 yaşlı Şəfa Kamran qızı, 8 yaşlı Mədinə Tərlan qızı, 9 yaşlı Lalə Tərlan qızı və Nəsibə Ağakişiyevlər Qusar xəstəxanasına çatdırılıblar. Lazımi köməkdən sonra onlar evə buraxılıblar.

Xəbər lenti
0