CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan" adlı gəmi-bərə istifadəyə veriləcək

© Official website of President of Azerbaijan RepublicBakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimi
Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli gəmi-bərə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək

BAKI, 16 dekabr — Sputnik. 2020-ci ilin mayında "Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə istifadəyə veriləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

Президент Ильхам Алиев принял участие в сдаче в эксплуатацию первого танкера, построенного на Бакинском судостроительном заводе - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlk tankerimiz suya salındı - FOTO

O bildirib ki, istifadəyə veriləcək gəmi-bərə ilə həm vaqon, həm yük və 100 nəfərə yaxın sərnişinin daşınması mümkün olacaq: "İnşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan "RoPax" tipli "Azərbaycan" bərə-gəmisinin gövdə hissəsinin inşası başa çatıb. Unikal gəmi-bərənin uzunluğu 154,5 metr, eni 17,7 metr, sürəti 14 uzelə bərabər olacaq. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir".

"Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli gəmi-bərə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb.

Xəbər lenti
0