CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı dünyanın ən yaraşıqlı kişisi seçildi: qələbəyə heç nə mane ola bilməz

© İnstagram / nuru_ahmedovПобедитель Best Model of the World-2019 Нуру Ахмедов
Победитель Best Model of the World-2019 Нуру Ахмедов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı model Nuru Əhmədov beynəlxalq gözəllik yarışında iştirakından və İstanbulda keçirilən finaldan danışıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. 12 ildən sonra Azərbaycanın nümayəndəsi yenidən "Best Model of the World" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Nuru Əhmədov 2007-ci ildə müsabiqənin tacını almış Rüstəm Cəbrayılovdan sonra layihənin ikinci azərbaycanlı qalibidir. Əhmədov həmçinin "Miss/Mister Grand Azerbaijan" və "Best Model of Azerbaijan-2019" milli gözəllik yarışlarının qalibidir. Model öz qələbəsi ilə bağlı Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb.

- Nuru, sizi qələbə münasibətilə təbrik edirik.

- Çox sağ olun. Düzünü deyim ki, mən bu müsabiqənin qalibi olmağı çox arzulayırdım. Bizim modellər hər il bu müsabiqəyə qatılırlar və hər dəfə də müxtəlif nominasiyaların qalibi olurlar. Bu dəfə də mən qələbəni əldə etmək üçün mümkün olan hər şeyi elədim.

Bildiyiniz kimi əvvəlcə "Best Model of Azerbaijan-2019"un qalibi oldum. Bundan sonra Azərbaycanı beynəlxalq müsabiqənin finalında iştirak etmək imkanı qazandım. Bütün zəhmətim hədər getmədiyi üçün son dərəcə məmnunam.

Посмотреть эту публикацию в Instagram

Публикация от Nuru Ahmedov. (@nuru_ahmedov)

- Müsabiqədə rəqabət böyük idi. Sizcə, niyə məhz siz qalib elan edildiniz?

- Müsabiqədə 40 ölkənin nümayəndəsi iştirak edirdi. Hər bir iştirakçı öz-özlüyündə individualdır. Mən hamının razı qalması üçün həmişə öz üzərimdə işləyirəm. Hər dəfə moda nümayişində, yaxud da müsabiqədə iştirakdan sonra videoya baxıram ki, görüm necə görünürəm. Əgər hansısa mənfi cəhəti üzə çıxarsam, onu düzəltməyə çalışıram. İstənilən işdə həmişə yaxşılığa doğru inkişaf etmək lazımdır.

Müsabiqədə tamaşaçılar və münsiflərin qarşısına kostyumda və çimərlik geyimində çıxdım. Münsiflər heyəti çıxışlarımdan məmnun qaldı.

- Müsabiqədə hansısa çətinliklə üzləşdiniz?

- Türkiyəyə gedərkən bir qədər xəstələndim və özümü çox pis hiss edirdim. Bütün bunlara baxmayaraq, heç bir məşqi buraxmadım. Heç nə mənə qalib gəlməyə mane olmadı.

Посмотреть эту публикацию в Instagram

Публикация от incə-sənət (@ince__senet)

- Bu layihədə qələbə sizə nə verdi?

- Çox şey. Layihənin qalibləri serialların çəkilişlərində iştirak etmək üçün bir çox beynəlxalq şirkətlərlə müqavilə imzaladılar. Mən hələlik çox şeyi açıqlamaq istəmirəm.

- Sizin Azərbaycanda şəxsi biznesiniz var. İki işi bir arada tutmaq çətin deyil ki?

- Mən artıq altı ildir model işləyirəm, eyni zamanda uzun illərdir öz biznesimlə məşğulam. Biri o birinə mane olmur. Gələcəkdə də bu peşələri bir arada tutmalı olacağam.

Hazırda bir çox moda nümayişlərində iştirak edirəm, bir çox brendlərin simasıyam. "Miss/Mister Grand Azerbaijan" müsabiqəsində qalib gələndən sonra müsabiqəyə daha çox vaxt ayırıram. Mən öz işimdən razıyam. Əlbəttə, xarici modellərdən bir qədər az qazanıram. Nəzərə alanda ki, biz Azərbaycanda yaşayırıq, bu, tamamilə normaldır.

- Siz "Best Model of the World-2019"un qalibi olmağı arzulayırdınız və bu arzunuz yerinə yetdi. İndi məqsədiniz nədir?

- Öz sevimli işimlə məşğul olacağam və digər beynəlxalq müsabiqələrdə iştirak edəcəyəm. Heç vaxt xaricdə işləmək barədə düşünməmişəm. Amma təklif olsa, mütləq onu dəyərləndirərəm.

Xəbər lenti
0