Vulkan qurban tələb edir: Ölənlərin sayı durmadan artır

© REUTERS / ANTONIO PARRINELLOİtaliyada püskürən vulkan
İtaliyada püskürən vulkan - Sputnik Azərbaycan
Abunə olmaq
Vulkanının baş verdiyi əraziyə ikinci dəfə yaxınlaşan xilasedicilər itkin düşdüyü güman edilənlərdən heç birini tapa bilməyiblər

BAKI, 15 dekabr — Sputnik. Dekabrın 15-də Zelandiya polisi bəyan edib ki, ölkənin şimalında yerləşən Ağ Adada vulkan püskürməsi nəticəsində aldığı yaralardan daha bir nəfər həyatını itirib.

Вулкан на острове Уайт-Айленд в Новой Зеландии, июль 2019 года - Sputnik Azərbaycan
Vulkan püskürməsi zamanı insanlar diri-diri yanıb

Sputnik Azərbaycan xəbər verir ki, beləliklə təqribən bir həftə əvvəl baş vermiş təbii fəlakət nəticəsində ölənlərin sayı rəsmi olaraq 18 nəfərə çatıb.

Bazar günü səhər saatlarında vulkanının baş verdiyi əraziyə ikinci dəfə yaxınlaşan xilasedicilər itkin düşdüyü güman edilənlərdən heç birini tapa bilməyiblər. Bununla yanaşı, hərbçi və polislərdən ibarət dalğıclar dəstəsi də ada ətrafındakı sularda axtarışı davam etdiriblər.

Polisin bəyan etdiyinə görə, həlak olduğu güman edilən iki nəfərin tapılaraq ailələrinə təhvil verilməsi üçün bütün lazımi addımlar atılır.

Bundan əlavə, bazar günü polis vulkan püskürməsi nəticəsində həlak olanların hamısının siyahısını dərc edib.

Qeyd edək ki, Yeni Zelandiyaya məxsus Şimal adasının sahillərindən 50 kilometr məsafədə yerləşən Ağ Ada bu ərazidə yeganə fəal vulkan hesab olunur və hər il buranı minlərlə turist ziyarət edir.

Xəbər lenti
0