BAKI, 14 dekabr — Sputnik. Tezliklə "Şahdağ" turizm mərkəzinin ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqəsi tikiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ərkəzin rəhbəri Rodderich Leffler jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, hazırda YDM-in tikintisi ilə bağlı son tamamlanma işləri gedir: "Bu isə mərkəzimizə gələn sürücülərimizə yanacaqla bağlı problem olmadan rahat istirahət etməyə şərait yaradacaq".
"Şahdağ" Turizm Mərkəzi öz adını Azərbaycanın, Qusar şəhərinin 29 km-də yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4 243 m hündürlükdə olan Şahdağ zirvəsindən götürüb.
Şahdağ milli parkının yaxınlığında salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.