Qatar avtomobil ilə toqquşub, ölənlər var

© Anadolu AgencyTürkiyənin Qars vilayətində yük qatarı avtomobil ilə toqquşub
Türkiyənin Qars vilayətində yük qatarı avtomobil ilə toqquşub - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzaya səbəb güclü duman olub. Yük qatarı avtomobili təxminən 400 metr sürüklədikdən sonra dayana bilib

BAKI, 14 dekabr — Sputnik. Türkiyənin Qars vilayətində yük qatarı avtomobil ilə toqquşub.

Sputnik Azərbaycan "TRTHaber"ə istinadla xəbər verir ki, Qars vilayətinin Səlim rayonunda baş verən hadisə nəticəsində avtomobildə olan 3 nəfər həyatını itirib. Ölənlər xəstəxananın morquna aparılıb.

Qəzaya səbəb güclü duman olub. Yük qatarı avtomobili təxminən 400 metr sürüklədikdən sonra dayana bilib.

Xəbər lenti
0