CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabaha əsl istirahət havası gözlənilir

© Sputnik / Murad OrujovСолнечный день. Архивное фото
Солнечный день. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti,dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.

BAKI, 14 dekabr — Sputnik. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti,dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.

Xəbər lenti
0