“Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir”. Bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 18-ci iclasında Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkin bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin intensivləşməsi hər iki ölkənin strateji maraqlarına tam olaraq cavab verir: “Yaxın gələcəkdə uzunmüddətli xairic iqtisadi əlaqələrimizin istiqaməti Rusiya bazarı və Avrasiya ilə əlaqəli olmalıdır. Son təcrübələr nümayiş etdirdi ki, post-sovet məkanında inteqrasiya prosesi olmadan dayanıqlı iqtisadi inkişaf təmin etmək mümkün deyil. İndi dünya iqtisadiyyatında tam yeni era başlayıb”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz