SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Ermənistan Xarici İşlər naziri görüşə sanki çay içməyə gəlir

© ©REPORTВстреча глав МИД Азербайджана и Армении Эльмара Мамедъярова и Зограба Мнацаканяна
Встреча глав МИД Азербайджана и Армении Эльмара Мамедъярова и Зограба Мнацаканяна - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan xarici işlər naziri ölkədaxili neqativ reaksiyadan çox qorxur, çünki ondan nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər

 

BAKI, 12 dekabr — Sputnik. Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in mətbuat katibinə cavab verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Leyla Abdullayeva bildirib ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə Yerevanın reaksiyası olduqca qəribədir.

"Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan Xarici İşlər naziri və həmsədrlər görüşlərə çay içməyə gəlir. Bu, ən azı qeyri-ciddidir. Anlamaq olar ki, Ermənistan xarici işlər naziri ölkədaxili neqativ reaksiyadan çox qorxur, çünki ondan nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər. Əslində, müsahibə elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “əhalini sülhə çağırmaq” çağırışı kontekstində nəzərdən keçirilməlidir", - deyə L.Abdullayeva.

Xəbər lenti
0