BAKI, 13 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi dünən gecə Nizami küçəsində baş verən hadisə ilə bağlı məlumat yayıb.
DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.
Araşdırmalar zamanı onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Y.Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.