BAKI, 13 dekabr — Sputnik. "Avroviziya-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov öz həmkarları ilə birlikdə Amsterdamda böyük konsert proqramı ilə çıxış edəcəklər. Müğənnilərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, konsert dekabrın 15-də olacaq.
Onlarla birlikdə gecədə müxtəlif illərdə bu layihənin qalibi olmuş ən məşhur hitlər də səslənəcək. Layihədə həmçinin İsraildən Nettu Barzilay (2018-ci ilin qalibi), İsveçdən Lorin (2012-ci ilin qalibi), Ukraynadan Ruslana (2004-cü ilin qalibi), həmçinin Rusiyadan Sergey Lazarev və Verka Serdyuçka da iştirak edəcəklər.
Sentyabrın ortalarında Azərbaycan gələn ilin mayında Niderlandda keçiriləcək "Avroviziya-2020"də iştirakını təsdiqləyib. Lakin Azərbaycanda keçirilən milli seçimlərin nəticələri hələlik açıqlanmayıb.
Layihənin loqotipi, ilk gündən başlayaraq yarışlarda iştirak edən 41 ölkənin bayraqlarının rənglərindən toplanmış abstrakt bir təsvirdir.
2011-ci ildə Eldar Qasımov və Nigar Camal " Running scared" mahnısı ilə "Avroviziya"nın qalibi olublar. Hazırda onlar solo karyera ilə məşğuldurlar və həftə sonları Azərbaycan dövlət televiziyasında yayımlanan səhər şousunun aparıcısıdırlar.