2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən istehsal edilən ümumi daxili məhsul (ÜDM) 65,4 milyard manat və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çox təşkil edib.
Bununla yanaşı, milli iqtisadiyyatın lokomotivi qeyri-neft sektoru olub. Onun əlavə dəyəri 3,5% təşkil edib. Eyni zamanda energetika sahəsində istehsalın həcmi 0,2% artıb.
2019-cu ilin 9 ayı ərzində ölkənin telekommunikasiya bazarında yüksək artım (16%) müşahidə edilib. Kənd təsərrüfatı məhsullarının istehsalında artım 7,2% olub. Ümumilikdə isə "kapital qoyuluşu" (cari ildə 2,6% aşağı düşüb) istisna olmaqla, Azərbaycanın iqtisadi sektorunda müsbət dinamika müşahidə edilir.
Azərbaycanın 2019-cu ilin yanvar-oktyabr ayları üzrə makroiqtisadi göstəriciləri ilə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.