CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni radio ilə bağlı sənəd qəbulu başa çatır

© pixabay / Joe007Студийный микрофон, фото из архива
Студийный микрофон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq şirkət müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım aparacaq

BAKI, 12 dekabr — Sputnik. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənəd qəbulu bu gün başa çatır.

Sputnik Azərbaycan xəbər verir ki, sənəd qəbulu dekabrın 12-i saat 18:00-da yekunlaşacaq.

Bu günə qədər müsabiqəyə 5 şirkət qatılıb.

Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb. Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq şirkət müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım aparacaq.

Xəbər lenti
0