CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlığa uşaq götürmək elə də asan olmayacaq - Ailə gəlirləri bu həddə olmalıdır

© Sputnik / Rahim MuradovLənkəranda veloyürüş keçirilib
Lənkəranda veloyürüş keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Əlaqəli şəxslərin adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla yaşayış minimumunun məbləğindən az olmamalıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Azərbaycanda övladlığa uşaq götürmək istəyənlərin gəlirləri ilə bağlı tələblər açıqlanıb.

Bu barədə Sptunik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov məlumat verib.

Məlumatda bildirilir ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydalarında ailənin gəlirlərinin hesablanması qaydası öz əksini tapıb. Bu qaydalara görə, valideyn-namizədin və onunla birgə yaşayan, yaxud da himayəsində olan ailə üzvlərinin adambaşına düşən orta aylıq gəlirinin müəyyən edilməsi zamanı Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın aylıq məcmu gəlirinin hesablanması Qaydası"nda nəzərdə tutulan gəlirlər nəzərə alınır.

Автомобиль ППС, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Ana iki övladını atıb qaçdı – Sevdiyi kişi ilə

Belə ki, valideyn-namizədin müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzində əlaqəli şəxslərin gəlirlərinin cəmindən müvafiq dövr üzrə kredit, kirayə, aliment ödənişləri çıxılıb, qalan məbləğ 12-yə bölünməklə ailənin orta aylıq gəliri hesablanır. Həmin məbləğ əlaqəli şəxslərin sayına bölünməklə əlaqəli şəxslərin adambaşına düşən orta aylıq gəliri tapılır. Ailə Məcəlləsinin 120.1.8-ci maddəsinə uyğun olaraq, əlaqəli şəxslərin adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olmamalıdır. Azərbaycan vətəndaşı olan uşaqları övladlığa götürmək üçün əcnəbilərin yaşadıqları ölkə üzrə isə orta aylıq əmək haqqının 2 mislindən az olan şəxslərin övladlığa götürmək hüququ yoxdur. Burada ögey ata və ögey ana, eləcə də yaxın qohumlar-bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları istisnadır.

Xəbər lenti
0