BAKI, 12 dekabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatının Monterey-Bey Akvariumu Elmi-Tədqiqat İnstitutunun (MBARI) alimləri okeanın dibində bir neçə min qəribə dəlik aşkarlayıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Phys.org yazır.
Bildirilir ki, dəliklərin mənşəyi bəlli deyil. Dairəvi formada olan çuxurlardan ən irilərinin eni orta hesabla 175 m, dərinliyi 5 metrdir. 1.3 min kvadrat kilometr ərazidə 5.2 min dəlik aşkarlanıb.
@MBARI_News scientists have discovered a vast array of "pockmarks" spread over 500 sq miles of ocean floor. Some are 600 ft across and 16 ft deep. They're not sure why or how they form; it could be a form of erosion. They also have a lot of trash in them. https://t.co/747xy0bFaw
— California Science Weekly (@ScienceWeekly) December 10, 2019
Mikrodepressiyaların - böyük olmayan çuxurların diametri isə 11 metrə çatır. Onların dərinliyi 1 m təşkil edir. Onların divarları dikdir.
Dünya okenanının müxtəlif sahələrində rast gəlinən bu cür dəliklər dəniz dibindən metan qazının və digər maddələrin çıxması ilə əlaqələndirilir. Bu, dəniz dibinin qeyri-sabitliyinə, nəticədə isə neft platformaları və külək turbinləri kimi qurğular üçün təhlükəyə gətirib çıxara bilər. Amma maraqlısı budur ki, MBARI-nin mütəxəssisləri heç bir metan izi aşkarlamayıblar. Əldə olunan məlumatlara əsasən bildirilir ki, bu dəliklər 50 min ildən çoxdur ki, aktiv deyil.
Scientists were investigating the cause of "pockmarks" on the seafloor when they made an unsettling discovery: thousands of mini-craters, apparently formed by garbage: https://t.co/Tr32PatuNl @VICE #AGU19
— MBARI (@MBARI_News) December 10, 2019
Bütün mikrodepressiyalarda daşlar, dəniz yosunları, sümüklər, zibil və tilov qırıqlarına rast gəlinir. Tədqiqatçılar hesab edirlər ki, bu dəliklər təzədir və dəniz cərəyanları səbəbindən yaranıb.