Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 12 dekabr — Sputnik. Məşhəd – Bakı istiqamətində birbaşa aviareyslər həyata keçiriləcək. Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
"İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişafı üçün Məşhəd – Bakı istiqamətində birbaşa uçuşlar təşkil etmişdir. Qeyd olunan aviareys həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək. Bu planın icraçısı Bakustar şirkətidir. Bakustar şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif edir", - deyə məlumatda vurğulanır.