"Sağlam fikir tükənib": ABŞ Senatı Rusiyanı "terrorizmin sponsoru" kimi görür"

© AP Photo / Cliff OwenЗдание Капитолия в Вашингтоне через двери офисного здания
Здание Капитолия в Вашингтоне через двери офисного здания - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Senatı Dövlət Departamentini Rusiyanı "terrorizmin sponsorları" siyahısına daxil etmək qərarına gəlib. Senatorların niyə məhz indi bu qənaətə gəldiklərini Sputnik radiosunun efirində ekspert Vladimir Olençenko izah edib.

BAKI, 12 dekabr — Sputnik. Amerikalı senatorlar Rusiyanı "terrorizmin sponsoru" hesab edirlər. Bu barədə ABŞ Senatının Beynəlxalq Komitəsinə göndərilmiş qanun layihəsində deyilir.

Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Ərdoğan NATO sammiti barədə Putinə nə deyib

Komitənin mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər ki, bu ifadəni rəsmi olaraq qəbul etmək qərarı dövlət katibi tərəfindən qəbul edilməlidir.

Sənəd qüvvəyə mindiyi andan 90 gün ərzində Dövlət Departamenti rəhbərinin müvafiq Konqres komitəsinə bu barədə rəy verməsini tələb edir. Eyni zamanda, Departament bu müddət ərzində Rusiyanın nəzarətində olan silahlı birliklərin Donbasda olub-olmadığına və "xarici terror təşkilatları" anlayışının özünü respublika elan etmiş LXR (Luqansk Xalq Respublikası) və DXR (Donetsk Xalq Respublikası) silahlı birliklərinə şamil edilib-edilməyəcəyinə aydınlıq gətirməlidir.

Hazırda Dövlət Departamentinin "terrorizmin sponsorları" siyahısını təşkil edən dövlətlər - İran, Şimali Koreya, Suriya və Sudandır.

Ötən həftə ABŞ dövlət katibinin müavini Devid Heyl deyib ki, Dövlət Departamenti Rusiyanı terrorizmin sponsoru hesab etmir. Onun sözlərinə görə, Rusiya özü terror hücumlarının qurbanıdır.

Y.M.Primakov adına Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Avropa Tədqiqatlar Mərkəzinin baş elmi əməkdaşı Vladimir Olençenko hesab edir ki, bu məsələnin məhz indi ortaya atılması təsadüfi deyil.

ABŞ bir güllə ilə iki dostu yıxmaq istəyir: məşum qanun qəbul edildi

"Görünür, demokratlarla respublikaçılar arasındakı qarşıdurma ən gözlənilməz, ekstravaqant formalar alır və sağlam düşüncənin bütün potensialı tükənib. ABŞ prezidenti Donald Trampın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü, danışıqların konstruktiv xarakter daşıması və keçilməz maneələrin olmadığını göstərməsi, yəqin ki, Amerikanın müəyyən dairələrində narahatlıq yaradıb. Eyni zamanda bu, Trampın əleyhdarlarını da həyəcanlandırıb. Üstəlik, gələn il ABŞ-da prezident seçkiləri ilidir. Odur ki, Rusiyanı terrorizmə dəstək verməklə əlaqələndirmək fikri ortaya çıxıb. Bütün bunlar göstərir ki, sağlam fikir Amerikanın hazırkı siyasətinə qətiyyən uyğun gəlmir və belə qəribə formalarda təzahür edir", - deyə Vladimir Olençenko Sputnik radiosunun efirində deyib.

Xəbər lenti
0