CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni radio kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulu başa çatıb

© Pexels Katrien GrevendonckМикрофон, фото из архива
Микрофон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq şirkət müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım aparacaq.

BAKI, 12 dekabr - Sputnik. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənəd qəbulu bu gün başa çatıb.

Sənəd qəbulu dekabrın 12-si saat 18:00-da yekunlaşıb.

Müsabiqəyə 5 şirkət - “Real Təhlil və İnformasiya Mərkəzi” MMC, “TV Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC və “OMD Azerbaijan” MMC qatılıb.

Milli Televiziya və Radio Şurası - Sputnik Azərbaycan
CƏMİYYƏT
MTRŞ-dan 102,0 FM radio tezliyi ətrafında qalmaqala reaksiya

Gördüyümüz kimi Vahid Mustafayevin "Balans Studiyası", Seyfulla Mustafayevin "İNS ÇM" MMC, Mirşahin Ağayevin "Real Təhlil İnformasiya Mərkəzi" MMC şirkətləri iddiaçılar sırasındadırlar.

Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq şirkət müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım aparacaq.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1 maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb. 

Xəbər lenti
0