Sarqsyanın başı dərddə, prokurorluq işi davam etdirməkdə israrlıdır

© Sputnik / Aleksey NikolskiyПрезидент Армении Серж Саргсян
Президент Армении Серж Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın Xüsusi İstintaq Xidməti Sarqsyanı israfçılıq edərək dövlətin bir milyondan çox vəsaitini mənimsəməkdə ittiham edib

BAKI, 11 dekabr — Sputnik. Ermənistan Baş Prokurorluğu sabiq Prezident Serj Sarqsyana qarşı irəli sürdüyü ittihamları geri götürməkdən imtina edib.

Sputnik Ermənistan xəbər verir ki, bunu Prokurorluğun rəsmi nümayəndəsi Arevik Xaçatryan bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Xüsusi İstintaq Xidməti Sarqsyanı israfçılıq edərək dövlətin bir milyondan çox vəsaitini mənimsəməkdə ittiham edib.

Serj Sarqsyan isə öz növbəsində ittihamları rədd edərək, istintaq işini siyasi təqib kimi dəyərləndirib.

Xatırladaq ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkədə sabiq məmurlara qarşı cinayət işləri açılıb.

Xəbər lenti
0