CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu sözləri əxlaq polisi demir: "Elə geyinin ki..."

© AFP 2024 / MLADEN ANTONOVЖенщина на пешеходном переходе
Женщина на пешеходном переходе - Sputnik Azərbaycan
Abunə olmaq
Tövsiyə edirik ki, qaranlıq vaxtı piyadalar üzərində işıqqaytarıcı elementlər olan geyimlərdən mütləq istifadə etsinlər

BAKI, 11 dekabr — Sputnik. "Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə baxanda piyadaların vurulması üstünlük təşkil edir. Bu da çox ciddi həyəcan siqnalının verilməsi deməkdir. Bu hallar bizi və Nazirlik rəhbərliyini çox ciddi narahat edir".

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov danışıb.

O bildirib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq olar.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
İki tələbənin ölümü ilə bağlı cinayət işi başlandı

"Vətəndaşlar Yol Hərəkəti haqqında qanunun 40-cı maddəsini yaxşı öyrənməli və tələbləri yerinə yetirməlidirlər. Tövsiyə edirik ki, qaranlıq vaxtı piyadalar üzərində işıqqaytarıcı elementlər olan geyimlərdən mütləq istifadə etsinlər. Nəzərə alsaq ki, qış mövsümüdür, qaranlıq tez düşür. İkinci məsələ, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermir. Üçüncüsü, yolun hərəkət hissəsi ilə getmək olmaz. Yağışlı havada yolun hərəkət hissəsi ilə getmək isə riski daha da artırır. Çünki yağış işığı udur, hazırda piyadaların əksəriyyəti də tünd rəngli geyimlərdən istifadə edirlər. Bu rənglər də işığı udduğu üçün sürücülər onları görə bilmir", - deyə V.Əsədov qeyd edib.

Onun sözlərinə görə, bu kimi hadisələrin qarşısının alınması üçün piyadalar səki ilə hərəkət etməli, yolu piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməli, onların üzərində işıqqaytarıcı elementlər olmalı, yaxınlaşmaqda olan avtomobillərə diqqət etməli, onların sürətini qiymətləndirməyi bacarmalı, yaxınlaşan avtomobilin qarşısından qaçmamalı, onları çaşdırmamalıdırlar. Piyadalar avtomobillərin tam dayandığına və yolu keçmək üçün ona yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər.

"Sürücülərə müraciət edirik ki, işıq cihazlarından düzgün istifadə edin, tələsməyin, sürət həddinə fikir verin, yolun sağ hərəkət solağı ilə hərəkət etdikdə sürəti aşağı salın. Xahiş edirik, bu prosesdə hər kəs öz məsuliyyətini dərk etsin. Bu hadisələr bizi çox narahat edir. Hər kəsin bu təbliğata qoşulmasını istəyirik", - deyə o qeyd edib.

Xəbər lenti
0