CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çoxlarının gözlədiyi mənzillərin satışa çıxarılmasına günlər qalır

© Sputnik / Anton Denisov / Mediabanka keçidДом для переселения, фото из архива
Дом для переселения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. Fond artıq bu mənzilləri təklif etməyə hazırdır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Bu ilin yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında Fərman imzalayıb. Qaydalara əsasən aylıq ödənişin tərkibinə yaşayış sahəsinin və fondun vəsaitlərini cəlbetmə dəyəri, ayrılan ehtiyatlar, fondun yaşayış sahəsini saxlaması, sığortalaması və idarəetməsi ilə bağlı xərclər daxildir. Bu layihənin əsas özəlliyi isə əlavə faizin olmamasından ibarətdir. Lakin şəxs ödənişini edə bilmədikdə bu ev ondan alınacaq və öncədən ödədiyi vəsaitlər geri qaytarılmayacaq.

Artıq bir neçə aydır ki, sosial layihələrdən biri olan kirayə mənzillərin bu ilin dekabrında satışa çıxarılacağı bildirilir. Bu vaxtın dəqiq nə vaxt olacağı isə ev sahibi olmaq istəyənləri çox düşündürür.

Мужчина и женщина осматривают квартиру, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kirayə mənzillərlə bağlı bəzi detallar açıqlandı

İqtisadçı-alim Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Fond tərəfindən dekabrın ikinci yarısında satışa başlanılacağı bildirilmişdi. Bizdə olan məlumata görə, artıq bank tərəfindən evlərin alınması və təmiri prosesi başa çatıb. Bu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. Fond artıq bu mənzilləri təklif etməyə hazırdır. Ehtimal ki, yaxın günlərdə sistem işə salınacaq".

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan Sputnik Azərbaycan-a bildirilib ki, hələlik evlərin satışa çıxarılacağı tarix bəlli deyil. Qeyd olunub ki, bu mənzillərlə bağlı sistemin işə düşməsinə çox az vaxt qalıb.

Bundan başqa, kirayə mənzillərlə bağlı bir müddətdir ki, qaranlıq qalan suallarla bağlı məsələlərə də sistem işə düşdükdən sonra aydınlıq gətiriləcəyi vurğulanıb.

Xəbər lenti
0