CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aprelə qədər pulumuzu dövlət ödəyəcək

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər bir vətəndaşa 90 manat olmaqla, 90 milyon manat dövlətin büdcəsindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinə köçürüləcək

BAKI, 11 dekabr — Sputnik. 2020-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda icbari tibbi sığorta tətbiq olunsa da, ilk üç ay heç bir vətəndaşdan icbari tibbi sığorta haqqı tutulmayacaq. Bu barədə bu gün Sputnik Azərbaycan Mutimedia Mətbuat Mərkəzində icbari tibbi sığortaya keçidlə bağlı təşkil olunan tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov məlumat verib.

O bildirib ki, icbari tibbi sığortanın büdcəsinin əsas hissəsini dövlət öz üzərinə götürüb: "20 gündən sonra ölkə ərazisində mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Artıq İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin nəzdində TƏBİB yaradılıb. Səhiyyə Nazirliyinin tabeliyindəki ümumilikdə 342 tibb müəssisəsi TƏBİB-in sərəncamına keçirilib. Hər bir vətəndaşa 90 manat olmaqla, 90 milyon manat dövlətin büdcəsindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinə köçürüləcək. Biz də bu vəsaitdən istifadə edərək icbari tibbi sığorta tətbiq etdiyimiz tibb müəssisələrində əmək haqlarının verilməsi, maddi bazanın, infrastrukturun qurulması və digər zəruri tədbirləri həyata keçirəcəyik".

Xəbər lenti
0