CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ev almaq istəyəndə sizi aldada bilməyəcəklər - Hökumət imkan verməyəcək

Abunə olmaq
Azərbaycanda belə normaların müəyyən edilməsi müsbət addımdır. Ölkədə 4 nəfərlik ailəni götürsək, bu, 64 kvadratmetrlik yaşayış sahəsi edir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Nazirlər Kabineti noyabrın 27-də "Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında" qərar verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.

Макет дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ucuz mənzil almaq istəyənlərin nəzərinə

Qərara əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycanın inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilib.

Ekspert sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsini Sputnik Azərbaycan-a şərh edib.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, burada söhbət adambaşına düşən yaşayış sahəsindən gedir: "Köməkçi sahələr (Eyvan, mətbəx və s.) 16 kvadratmetrə aid edilmir. Beynəlxalq standartlarda da bu belədir. Yəni iki nəfərlik ailə üçün sırf 32 kvadratmetrlik mənzildən söhbət gedir. Bu, bir çox Avropa ölkələrində çoxdan qəbul edilmiş normadır, qanunlarla tənzimlənir və dövlət tərəfindən nəzarət həyata keçirilir. Məsələn, bununla bağlı ən sərt qaydalardan biri İtaliyadadır. Ona görə Azərbaycanda da belə normaların müəyyən edilməsi müsbət addımdır. Azərbaycanda 4 nəfərlik ailəni götürsək, bu, 64 kvadratmetrlik yaşayış sahəsi edir. Bu da kiçik sahə deyil".

Ключи от квартир многоэтажного жилого дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha 50 mənzil şəhid ailələrinə və əlillərə verildi

O bildirib ki, ilkin mərhələdə bu normanın qəbul olması bir ailənin normal şəraitdə yaşaması üçün kifayət edər: "Bu normanın müəyyən edilməsi ən azından sosial kirayə müqavilələri ilə mənzil almaq istəyən vətəndaşlara, ailələrə dəstək olacaq. Çünki burada müəyyən sui-istifadə hallarına yol verilə, daha kiçik həcmli mənzillərin bu müqavilələr əsasında vətəndaşlara verilməsi və yaxud da satılması prosesi ola bilərdi. Bunun bir normativ-hüquqi akt kimi qəbul olunması ən azından bu sahədə tənzimləmənin həyata keçirilməsinə kömək olacaq".

Ekspert deyib ki, ümumilikdə mənzil fondları kiçikdir: "Hələ də 80 faizdən çox mənzil fondu Sovet dövründə istifadəyə verilən mənzillərdir. Sovet vaxtı isə bu normalar daha kiçik idi, çox zaman 4-5 nəfərlik ailələr 30-32 kvadratmetrlik mənzildə yaşayırdılar. Azərbaycanda bununla bağlı görüləsi işlər var. Hələ ki, əhalinin bir qismi beynəlxalq standartlara, hətta sosial kirayə mənzilləri ilə bağlı olan standarta cavab verməyən ev şəraitində yaşayır".

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinə əsasən bu qərarı alıb.

Xəbər lenti
0