CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"EuroHome"dakı sahibkarların öz iddiaları var, sığortaçıların başqa

© Facebook / Ilkin Mustafayev"Eurohome" tikinti bazarında yanğın
Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim ümumilikdə 11 filialımız var. Tək bizim filiala ötən gündən etibarən iki müraciət daxil olub və həmin şəxslər bizimlə müqavilələrinin olduğunu bildiriblər"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, dünən Bakı-Sumqayıt yolunda yerləşən tikinti bazarında yanğın baş verib. "EuroHome" tikinti bazarında başlanan yanğın bir neçə saatdan sonra söndürülüb.

Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Tikinti bazarında yanğın söndürüldü, gizli dərdin üstü açıldı

Yanğından sonra bu bazarın və buradakı obyektlərin sığortalanıb-sığortalanmaması məsələsi gündəmə gəlib. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "EuroHome" tikinti bazarı sığortalanmayıb. Artıq ötən gündən etibarən adıçəkilən tikinti bazarında fəaliyyət göstərən mağazaların sığortalanıb-sığortalanmaması məsələsi də gündəmə gəldi. Bununla bağlı olaraq isə Dövlət Sığorta Kommersiya Şirkətinin yerləşdiyi bir filiala ötən gün baş verən hadisə ilə əlaqədar olaraq artıq müraciətlərin daxil olduğu bildirilib: "Bizim ümumilikdə 11 filialımız var. Tək bizim filiala ötən gündən etibarən iki müraciət daxil olub və həmin şəxslər bizimlə müqavilələrinin olduğunu bildiriblər. Hələ ki biz sənədləri araşdırırıq".

Xatırladaq ki, ötən gün baş verən yanğında 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilmişdi.

Xəbər lenti
0