BAKI, 11 dekabr — Sputnik. Azərbaycanda fəaliyyət göstərən kabel operatorları üçün yeni tələb müəyyənləşib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə Azərbaycan ərazisində fəaliyyət göstərən kabel operatorları (internet, efir-kabel, peyk) tərəfindən öz şəbəkələrində Azərbaycan telekanallarının yayımının həyata keçirilməsi təmin edilməlidir.
Qərarı MTRŞ sədri Nuşirəvan Məhərrəmli imzalayıb.