Trampdan sensasion xəbər – ABŞ-da dövlət çevrilişinə cəhd olub, tutulanlar var

© AP Photo / Evan VucciПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Prezidenti vurğulayıb ki, səbirsizliklə FTB-nin Trampın seçki qərargahı haqqında məlumatları toplayarkən istifadə etdiyi metodların qanuniliyi barədə araşdırmanın nəticələrini gözləyir. Bu araşdırma may ayından aparılır

BAKI, 10 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) fəaliyyətini dövlət çevrilişinə cəhd kimi dəyərləndirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Bu biabırçılıqdır. (...) Belə bir şey digər prezidentin başına gəlməməlidir", - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, FTB-nin araşdırması hazırkı ABŞ hökumətinin devrilməsi cəhdindən xəbər verir. O əlavə edib ki, bu işdə əli olanların hamısı tutulub.

​ABŞ Prezidenti vurğulayıb ki, səbirsizliklə FTB-nin Trampın seçki qərargahı haqqında məlumatları toplayarkən istifadə etdiyi metodların qanuniliyi barədə araşdırmanın nəticələrini gözləyir. Bu araşdırma may ayından aparılır.

Trampın özü isə bəyan edib ki, onun nəticələri "yaxın vaxtlarda" açıqlanacaq.

Məlumata əsasən, söhbət ABŞ xüsusi xidmət orqanları tərəfindən 2016-cı il seçkilərindən əvvəl və sonra Tramp və onun ətrafının izlənilməsindən gedir. Dekabrın 9-u Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin yaydığı hesabatda qeyd olunur ki, FTB-nın fəaliyyətində siyasi qərəz olmayıb. Hesabatda, həmçinin vurğulanır ki, qurumun əməkdaşları orderlərin alınması üçün bir sıra qaydaları pozublar. Belə ki, agentlər sənədlərdə 17 dəfə yanlış məlumatı göstəriblər.

Xəbər lenti
0