Müşfiq Ələsgərli: “Kontent tənzimlənməsində problemlərimiz mövcuddur”
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, informasiya təhlükəsizliyi beynəlxalq praktikada əsasən iki istiqamətdə nəzərə alınır:
“Burada kontentin təhlükəsizliyi və texnoloji təhükəsizlik əsas diqqət edilməli məqamlar sayılır. Azərbaycanda texnoloji təhlükəsizliyin təmin edilməsi üçün böyük işlər görülüb. Kontent tənzimlənməsində isə problemlərimiz mövcuddur. Kontentin məzmununda yolverilən hüquq pozuntuları tez-tez qarşılaşılan hallardandır”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz