CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənim məhkəmədəki balaca "agent"im - yeni üsul işləri yüngülləşdirəcək

© pixabay / Daniel_B_photosМолоток судьи, фото из архива
Молоток судьи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqşünas: "Məhkəmələrin telefonları çox yüklənir, bəzən zəng edib düşmək olmur və yaxud telefon zənglərinə cavab verilmir. Amma mobil tətbiq imkan verir ki, vətəndaş məhkəməyə getmədən elektron qaydada məlumat ala bilsin"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Bu yaxınlarda Azərbaycan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq elektron məhkəmənin mobil versiyası təqdim edilib. 

Ключи от дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Heç də xoş olmayan mühüm yenilik gəlir: Göz qırpımında əmlakınız əldən gedəcək

"Mobil elektron məhkəmə" yeni proqram təminatı Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli fərmanının icrası çərçivəsində Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupu tərəfindən hazırlanıb.

Azərbaycanda elektron məhkəmənin mobil versiyasının tətbiqi maraqlıdır. Hüquqşünas Azər Nağıyev bunun üstünlüklərini, imkanlarını Sputnik Azərbaycan-a şərh edib.

O bildirib ki, bundan əvvəl elektron məhkəmə saytı yaradılıb və yeni tətbiqlər həyata keçirilməyə başlanıb:

"Artıq bu proses getdikcə təkmilləşib. Məhkəmə sistemində elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edilməsi mütərəqqi haldır. Artıq bütün MDB məkanında da bu cür proseslər başlayıb və tətbiq olunur. Bir sıra ölkələrdə isə məsələn, Böyük Britaniyada bu, çoxdan tətbiq olunurdu. Hətta Şotlandiyada məhkəmə iclasına "Skype" vasitəsilə qoşulma da tətbiq olunur".

Hüquqşünas deyib ki, Azərbaycanda onlayn qaydada məhkəməyə müraciət öncə iqtisad işlərində tətbiq olunurdu: “Amma bu, sonradan yavaş-yavaş digər işlərə də şamil olunmağa başladı. İndi ölkəmizdə Elektron Məhkəmənin mobil versiyasının təqdim olunması mütərəqqi haldır. "Mobil Elektron Məhkəmə" vasitəsilə məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmaq və digər imkanlardan istifadə etmək mümkündür. Gələcəkdə bunun təkmilləşdirilməsi və bütün məhkəmə sistemini əhatə etməsi arzuolunandır. Çünki hələlik elektron məhkəmə sisteminə bütün məhkəmələr qoşulmayıb. Bu proses gələcəkdə bütün ölkəni əhatə edəcək”.

O qeyd edib ki, mobil tətbiq vasitəsilə vətəndaşların şəxsi elektron kabinet açıb proseslər barədə məlumatlar ala bilməsi, ərizə və vəsatətlərini göndərə bilməsi yeni imkanlar açır: “Bu, dövrün tələbidir. Mobil tətbiq vasitəsilə işin gedişatını şəxsi kabinetdən izləmək mümkündür. Şəxs mobil tətbiq vasitəsilə Elektron Məhkəmə Sistemində şəxsi kabinetə çıxış əldə edəcək və prosesləri izləyəcək. Bundan başqa, ilk məhkəmə iclası barədə SMS bildirişlər də gəlir. Bu, xüsusən vəkillər, hüquqşünaslar, şirkətlər üçün çox vacibdir, çünki onların daim məhkəmələrdə işləri olur. Onların bu cür vasitələrə daha çox ehtiyacı var”.

"Məhkəmələrin telefonları çox yüklənir, bəzən zəng edib düşmək olmur və yaxud telefon zənglərinə cavab verilmir. Bu zaman hansısa proses barədə məlumat öyrənmək üçün məhkəməyə getmək zərurəti yaranır. Amma mobil tətbiq imkan verir ki, vətəndaş məhkəməyə getmədən elektron qaydada məlumat ala bilsin", - deyə o əlavə edib.

Telman İsmayılov - Sputnik Azərbaycan
Telman İsmayılovun mülklərini almaq istəyənlərin nəzərinə

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı təqdimat zamanı deyib ki, “Mobil elektron məhkəmə” proqram təminatı ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirəcək, məhkəməyə müraciət imkanlarını genişləndirəcək və ədalət mühakiməsi mexanizmlərinin effektivliyini artıracaq: “Proqram təminatı vətəndaş-mərkəzli bir addım olmaqla həm də sahibkarların işini asanlaşdıracaq, resurslara qənaət edəcək və səmərəliliyi artıracaq”.

Onu da bildirək ki, mobil tətbiq vasitəsi ilə məhkəmə işinin sənədləri (iddia ərizəsi, məhkəmə aktı və s.) ilə smartfonda tanış olmaq və endirmək, sahibkarlara ASAN imza ilə daxil olaraq sahib olduqları şirkətə aid işlər ilə tanış olmaq mümkündür. Ədalət mühakiməsinə əlçatanlıq imkanlarını genişləndirmək məqsədilə proqram təminatı üç dildə – Azərbaycan, ingilis və rus dillərində yaradılıb.

Xəbər lenti
0