Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert İran və Azərbaycanın sənaye layihəsinin perspektivlərini açıqladı

© Photo : Facebook / natig.jafarliNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, İran sanksiyalar altındadır və yeni texnologiyaların bu ölkəyə satışı üçün məhdudiyyətlər var
Natiq Cəfərli: “Layihənin çox qısa zamanda reallaşacağı inandırıcı görünmür”

İran ilə Azərbaycanın iqtisadi əlaqələrini daha da genişləndirmək məqsədilə birgə müştərək sənaye şəhərciyinin inşası barədə razılıq əldə edilib. Bu sözləri İranın Sənaye, Ticarət və Mədənlər naziri Rza Rəhmani söyləyib.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın investisiya donoru kimi bu layihəyə cəlb olunması daha çox İranın maraqlarına uyğundur: “İran ərazisində belə bir layihənin gerçəkləşdirilməsi müəyyən çətinliklərlə üzləşə bilər. Hazırda İran sanksiyalar altındadır və yeni texnologiyaların bu ölkəyə satışı üçün məhdudiyyətlər var. Layihənin çox qısa zamanda reallaşacağı inandırıcı görünmür. Şəhərciyin Azərbaycan ərazisində yaranması və İranın investor kimi çıxış etməsi daha məntiqli olardı”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0