Ərdoğandan Makrona sərt cavab: "Səndən soruşmalıyam?"

© © Daniel Leal-Olivas/Pool via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Biz "Patriot"u almaq üçün "S-400"dən imtina edə bilmərik. Bu səhifə bağlanıb", - Rəcəb Tayyip Ərdoğan deyib.

BAKI, 10 dekabr — Sputnik. Ankara Amerika istehsalı olan "Patriot" zenit-raket komplekslərini almaq üçün Rusiyanın "S-400" sistemlərindən imtina etməyəcək.

Флаги Турции перед штаб-квартирой НАТО в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Türkiyə-NATO münasibətlərində yeni qalmaqal: Bu dəfə məsələ "S-400" deyil

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan "TRT" telekanalının efirində deyib.

"Biz "Patriot"u almaq üçün "S-400"dən imtina edə bilmərik. Bu səhifə bağlanıb. Lakin ABŞ bizə uyğun şərtlər təklif etsə, onların da komplekslərini alarıq. Çünki biz hava hücumundan müdafiə sistemlərimizi müxtəlifləşdirmək istəyirik", - Ərdoğan deyib.

Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron NATO-nun London sammitində Türkiyənin NATO üzvü olaraq "S-400" sistemlərini almasına təəccüblədiyini bildirib.

"Cavab verdim: kimdən nə aldığımı səndən soruşmalıyam?" – Ərdoğan deyib.

Xatırladaq ki, "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükü bu il iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək.

Xəbər lenti
0