CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Donuz qripi" Azərbaycanla sərhəddə

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidQrip virusu, arxiv şəkli
Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Gürcüstan Azərbaycanla həmsərhəd olsa da, hələ ki qonşu ölkədə A (H1N1) virusu tüğyan etmir. Bir faktın aşkarlanması elə də həyəcan doğuran hadisə deyil"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Gürcüstanda "donuz qripi" adlandırılan A (H1N1) virusuna yoluxma halı qeydə alınıb. Yeniyetmə oğlan A (H1N1) virusuna yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Вакцинация домашней птицы - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Quş qripi" ilə bağlı monitorinqlər başlayır
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb.

Azərbaycan-ın baş epidemioloqu İbadulla Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə A (H1N1) virusu ilə bağlı heç bir təhlükə yoxdur. İ.Ağayevin sözlərinə görə, Azərbaycanda "donuz qripi" qeydə alınmayıb: "Gürcüstan Azərbaycanla həmsərhəd olsa da, hələ ki qonşu ölkədə A (H1N1) virusu tüğyan etmir. Bir faktın aşkarlanması elə də həyəcan doğuran hadisə deyil. Həmçinin Azərbaycanda bu virusun alovlandığı dövrdə yoluxma halı qeydə alınmayıb. Ona görə də, Gürcüstandakı hadisə barədə narahat olmağa əsas yoxdur".

Xəbər lenti
0