CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt istiqamətində avtobusların hərəkəti barədə açıqlama

© Sputnik / Irade JELILBakı-Sumqayıt yolu
Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında DYP-nin Ekoloji Postu ilə üzbəüz yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verib. Hadisə Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətini iflic edib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Bakının Binəqədi rayonu ərazisində "EuroHome" tikinti materialları bazarında baş verən yanğınla əlaqədar olaraq Bakı-Sumqayıt və Bakı-Xırdalan marşrut xətləri üzrə avtobusların hərəkəti bərpa edilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, hərəkət bərpa olunub: "Hazırda həmin istiqamətdə sıxlıq müşahidə olunsa da, sərnişinlərin hərəkəti bərpa edilib. Aidiyyəti qurumlar yanğının baş verdiyi ərazidədirlər".

Qeyd edək ki, bu gün səhər saatlarında DYP-nin Ekoloji Postu ilə üzbəüz yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verib. Hadisə Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətini iflic edib.

Xəbər lenti
0