Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Gömrük razılıq vermir: Azərbaycan sərhədində qanun pozuntuları

Abunə olmaq
Bu ilin ilk on ayı ərzində Azərbaycanın gömrük keçid məntəqələrində cinayət hadisələrinin sayı iyirmi faiz artıb

2019-cu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, Azərbaycanın Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkəyə 320 dəfə qaçaqmal, narkotik və psixotrop vasitələr keçirmək cəhdlərinin qarşısını alıblar. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 65,8% çoxdur.

Bu il müxtəlif işbazlar xüsusi fəallıq göstəriblər: ilin on ayının nəticələrinə görə, gömrükdə 477 qaçaqmalçılıq faktının qarşısı alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% çoxdur.

2018-ci ilin göstərilən dövrü ilə müqayisədə 28,2% çox - 810 nəfər cinayət əməli törədib.

Göstərilən müddət ərzində nəzərə çarpan digər bir artım isə inzibati xətalarla bağlıdır. Mal, nəqliyyat vasitələri və onların ehtiyat hissələri ilə bağlı sənədlərin təqdim edilməməsinə dair 5 751 fakt qeydə alınıb, bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çoxdur.

Azərbaycan gömrüyündəki qanun pozuntuları ilə bağlı daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiniz.

Xəbər lenti
0