SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Suriyada hərbi əməliyyatları niyə davam etdirmək istəyir – politoloq şərhi

Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, Ərdoğanın Putinlə danışıqlardan sonra əldə etdiyi imkanlar son dərəcə məhdud oldu
Tofiq Abbasov: “Ərdoğan Suriya məsələsini siyasi proqramının əsas bəndinə çevirib”

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı gözlənilən nəticə əldə olunana qədər davam etdiriləcək. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası haqqında yazılı açıqlamada bildirilib.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Türkiyədə Suiryadakı əməliyyatları gündəmə gətirməkdə maraqlıdır:

“Çünki Ərdoğanın Putinlə danışıqlardan sonra əldə etdiyi imkanlar son dərəcə məhdud oldu. Son əldə olunan nəticələr göstərdi ki, prosesin özünə sistemli yanaşma yoxdur. Türkiyə istəyir ki, bögədəki rolunu böyütsün. Ancaq nə Qərb dövlətləri buna razılıq verir, nə də Rusiya buna hazırdır. Bu baxımdan da Ərdoğan Suriya məsələsini siyasi proqramının əsas bəndinə çevirib”.

Qeyd edək ki, Türkiyə rəsmən “Sülh çeşməsi” əməliyyatının dayandırıldığını bəyan etmişdi.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0