Rusiyalı hərbçilər İŞİD-in "paytaxt"ında

© AP Photo / Gabriel ChaimПанорама Ракки, Сирия
Панорама Ракки, Сирия - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbçilər şəhər sakinlərinə iki min ərzaq dəsti paylayıblar, şəhərə gəlmiş hərbi həkimlər isə ehtiyacı olanlara yardım göstərməyə hazırdırlar

BAKI, 9 dekabr — Sputnik. Rusiya hərbçiləri ilk dəfə olaraq bir neçə il İŞİD terror təşkilatının "paytaxt"ı olmuş Raqqa şəhərinə daxil olublar. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı RİA Novosti yayıb.

Hərbçilər şəhər sakinlərinə iki min ərzaq dəsti paylayıblar. Şəhərə həmçinin hərbi həkimlər gəlib. Onlar ehtiyacı olanlara yardım göstərməyə hazırdırlar.

Xatırladaq ki, terrorçular Suriyanın Raqqa şəhərini 2013-cu ilin yazında tutublar. Bu hadisə şəhərdən ən azı 250 min sakinin qaçmasına səbəb olub. Bir il sonra isə terrorçular şəhəri İŞİD-in "paytaxt"ı elan ediblər. Şəhər faktiki olaraq bir neçə il terrorçuların istinadgahı olub.

2017-cil ilin oktyabrında isə bir neçə ay sürmüş əməliyyatdan sonra Raqqa azad edilib.

Xəbər lenti
0