Lavrovun kritik Vaşinqton səfəri – Çox məsələyə aydınlıq gələ bilər

© Sputnik / Ekaterina Lyizlova / Mediabanka keçidВстреча главы МИД России Сергея Лаврова с госсекретарем США Майком Помпео
Встреча главы МИД России Сергея Лаврова с госсекретарем США Майком Помпео - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN rəhbəri Vaşinqtona səfəri çərçivəsində Mayk Pompeo ilə görüşəcək, ABŞ lideri Donald Trampla da görüşü nəzərdən keçirilir

BAKI, 9 dekabr — Sputnik. Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo dekabrın 10-u Vaşinqtonda Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Lavrov Paşinyanın Azərbaycana silah satmamaq çağırışına münasibət bildirdi

Qeyd edək ki, daha əvvəl ABŞ mətbuatı Lavrovun Amerika paytaxtına səfəri barədə yazmışdı. Rusiya XİN-i isə belə bir səfərin təşkil olunması istiqamətində işin aparıldığını bildirmişdi.

Bu arada Birləşmiş Ştatlar Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Robert O Brayen isə öz növbəsində bildirib ki, Rusiya XİN rəhbəri Vaşinqtona səfəri çərçivəsində Amerika lideri Donald Trampla da görüşə bilər: "Belə bir görüş baş tuta bilər. Biz bunun üzərində işləyirik".

Xəbər lenti
0