Bizim apardığımız kadr və struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir. Bu fikirləri Prezident İlham Əliyev Hacıqabul rayonuna və Naftalan şəhərinə yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən bildirib.
Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti bir neçə mərhələyə bölmək olar:
“Bunlar əsasən iqtisadi, siyasi və kadr islahatlarıdır. Bütün islahatların əsasında ölkəmizin inkişafının daha da gücləndirilməsi, suverenliyimizə olan təhdidlərin aradan qaldırılıması dayanır. Bütün bunlar son nəticədə Azərbaycan vətəndaşının rifah halının yüksəlməsinə xidmət edir. İslahatları ardıcıllığını və effektivliyini təmin etmək üçün hakimiyyətin müxtəlif qollarında kadr islahatlarının aparılması lazımdır”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz