Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sürücü lal piyadanı vurdu, sonra isə...

© pixabay / NettoFigueiredoQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərində sürücü vurduğu lal piyadanı öz maşınında naməlum istiqamətə aparıb. Yaxınları onu axtarırlar.

BAKI, 8 dekabr - Sputnik. Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində “VAZ-2107” markalı avtomobil 45 yaşlı Akif Əzimovu vuraraq xəsarət yetirib. Yaralının yaxınlarının dediyinə görə, hadisəni törədən sürücü yaralı A.Əzimovu avtomobilinə mindirərək naməlum istiqamətə aparıb. Zərərçəkənin qohumları bildiriblər ki, paytaxtın xəstəxanalarına, morqlara və polis idarələrinə müraciət etsələr də, heç bir yerdən A.Əzimovla bağlı məlumat ala bilməyiblər.

Hazırda yaxınları A.Əzimovun axtarışına başlayıblar.

Yol-nəqliyyat hadisəsində xəsarət alan A.Əzimovun nitq qüsurlu olduğu bildirilir.

Xəbər lenti
0