SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

NATO dünyada gedən proseslərə təsir edə biləcəkmi – politoloq şərhi

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, terrorizm, Yaxın Şərqdəki gərginlik və miqrasiya problemi NATO ölkələri üçün böyük bəlaya çevrilib
Fikrət Sadıxov: “NATO artıq monolit güc kimi qəbul edilmir”

Böyük Britaniyanın paytaxtı London şəhərində NATO-nun növbəti sammiti keçirilib. Şimali Atlantika Alyansının rəhbər şəxsləri, o cümlədən quruma üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilmiş sammitdə Türkiyəni Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, NATO-nun budəfəki sammiti çox mürəkkəb şəraitdə keçirilib: “Dünyada geosiyasi qarışıqlığın mövcud olduğu bir zamanda, NATO üzvləri arasında münasibətlər də gərginləşib. Münasibətlərdəki gərginliyin azaldılması üçün müəyyən addımların atılmasına ehtiyac var. Terrorizm, Yaxın Şərqdəki gərginlik və miqrasiya problemi NATO ölkələri üçün böyük bəlaya çevrilib. Bütün baş verənlərə baxmayaraq, NATO-nun parçalanacağını düşünmürəm. Ancaq NATO artıq monolit güc kimi qəbul edilmir”.

Qeyd edək ki, bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron NATO-nun beyin ölümü keçirdiyini və bu açıqlamasının xəbərdarlıq olduğunu bildirmişdi.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0