SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fevralda keçiriləcək seçkilərdə 16 mindən çox deputatlığa namizəd ola bilər

© AFP 2024 / ATTA KENAREФлаг Ирана, фото из архива
Флаг Ирана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İranda İslam Respublikasında artıq on beş min altı yüz on səkkiz deputatlığa namizəd qeydiyyatdan keçib.

BAKI, 8 dekabr - Sputnik. İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə İran Daxili İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

İranda parlament seçkiləri 2020-ci il fevralın 21-də keçiriləcək. Ölkədə namizədlərin qeydiyyatına dekabrın 1-də start verilib, proses dekabrın 7-də başa çatacaq. Parlament seçkiləri üzrə qərargahın rəhbərinin müavini Camal Aref namizədlərin sayının 16 min nəfəri ötəcəyini istisna etməyib. Namizədliyi qeydə alınanların 88 faizi kişi, 12 faizi qadındır.

Namizədlərin qeydiyyatı prosesi başa çatdıqdan sonra Konstitusiyanı Mühafizə üzrə Şura onların qeydiyyatının təsdiqlənməsi məsələsinə  baxacaq.

Qeyd edək ki, namizədlər İran parlamentində 290 mandat uğrunda mübarizə aparacaqlar. 

Xəbər lenti
0