BAKI, 8 dekabr - Sputnik. Bərdədə 3 yaşlı uşaq dəm qazından boğularaq ölüb.
APA-nın xəbərinə görə, hadisə Bərdə şəhər, Təbriz küçəsində qeydə alınıb.
Hüseyinli Ayşən Etibar qızı anası ilə vanna otağında qazdan zəhərlənib. Hadisə yerinə çağırılan həkimlər ananın - 1992-ci il təvəllüdlü Hüseynova Aynur Şahin qızının həyatını xilas etsələr də, 3 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.