CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aeroport yolunda yük maşını aşıb, tıxac yaranıb

© Sputnik / Tarana KhudabakshiyevaDakar meydanı ətrafında tıxac
Dakar meydanı ətrafında tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Baku Expo Center-in qarşısında yük maşını minik avtomobili ilə toqquşub. Qəza səbəbindən hazırda avtomagistralda sıxlıq müşahidə edilir.

BAKI, 8 dekabr - Sputnik. Bir qədər əvvəl Heydər Əliyev prospekti-Hava limanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.

İlkin məlumata görə, Baku Expo Center-in qarşısında yük maşını minik avtomobili ilə toqquşub. Qəza səbəbindən hazırda avtomagistralda sıxlıq müşahidə edilir.

Yolun bu hissəsində zolaqlar üzrə sürət həddi də endirilib.

Bir daha sürücülərin bu cür hava şəraitində son dərəcə diqqətli olmağa səsləyirik.

Xəbər lenti
0