BAKI, 7 dekabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp İrana amerikalı tələbəni azad etdiyi üçün təşəkkürünü bildirib və əlavə edib ki, bu, iki ölkə arasında razılaşmanın mümkün olduğunu göstərir.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Amerika lideri sosial şəbəkədəki hüsabında yazıb.
"İrana çox dürüst danışıqlara görə təşəkkür. Görürsünüz, birlikdə biz razılığa gələ bilirik!" - Tramp Twitter-də yazıb.
Taken during the Obama Administration (despite $150 Billion gift), returned during the Trump Administration. Thank you to Iran on a very fair negotiation. See, we can make a deal together! https://t.co/rZaY9p8xzV
— Donald J. Trump (@realDonaldTrump) December 7, 2019
Amerika Prezidenti uzun müddətdir ki, İran tərəfi ilə nüvə proqramı və digər məsələlərdə danışıqlar aparmağa çalışır. Tramp hakimiyyətə gələndən sonra ABŞ birtərəfli qaydada İranla nüvə sazişindən çıxıb.
Bu gün məlum olub ki, ABŞ və İRan həbs olunmuş şəxsləri dəyişiblər. İran casusluqda ittiham etdiyi amerikalı tələbə Vin Siyueni, ABŞ isə bu ölkəyə tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham etdiyi İran əsilli bioloq Məsud Süleymanini azad edib.