SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Baş Nazir Şahin Mustafayevlə bağlı qərar verdi

© REPORTЗаместитель премьер-министра Азербайджана Шахин Мустафаев
Заместитель премьер-министра Азербайджана Шахин Мустафаев - Sputnik Azərbaycan
Abunə olmaq
Şahin Mustafayev bu il oktyabrın 23-də Prezidentin sərəncamı ilə İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini vəzifəsini icra etməyə başlayıb

BAKI, 7 dekabr — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.

Sputnik Azərbaycan bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarla Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası sədri təyin edilib.

Xatırladaq ki, Ş.Mustafayev 2016-cı il yanvarın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə İqtisadiyyat naziri təyin edilmişdi, bu il oktyabrın 23-də isə müvafiq sərəncamla bu vəzifədən azad edilərək Baş Nazirin müavini vəzifəsini icra etməyə başlayıb.

Xəbər lenti
0