BAKI, 7 dekabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" (ATT) ASC-nin İdarə Heyətinin üzvü Sərxan Sərxanov və qurumun digər vəzifəli şəxsləri Kürdəmir və Yevlax rayonlarında yerli fermerlərlə görüş keçiriblər. Görüş çərçivəsində "Kənddən Şəhərə" layihəsi haqda da məlumat verilib. Bildirilib ki, 21-30 dekabr tarixlərində Bakının 5 müxtəlif nöqtəsində "Kənddən Şəhərə" bayram yarmarkası təşkil olunacaq.
Nazirlik hər kəsi bu yarmarkalarda fəal iştiraka dəvət edir.